...

Rusiyanın RMS üzrə yeni təklifləri hər şeyi əhatə edir, çünki hamımızı qoruyur-Serey İvanov

Siyasət Materials 4 İyul 2007 17:26 (UTC +04:00)

Rusiya baş nazirinin müavini Sergey İvanov hesab edir ki, Rusiyanın RMS üzrə ABŞ-a yeni təklifləri hər şeyi əhatə edir, çünki hamımızı qoruyur. Bu barədə xəbəri İTAR-TASS yayıb.

"ABŞ-ın Çexiya və Polşanın üçüncü mövqeli rayonunda RMS elementlərinin yerləşdirilməsi üzrə planları həyata keçiriləcəyi təqdirdə heç də hamı müdafiə olunmayacaq. Bizim təkliflərimiz isə hamını müdafiə edir", - deyə İvanov qeyd edib.

O belə izah edib ki: "Rusiyanın təklifi yeni hədə və təhlükələrə qarşı mübarizədə bizim birgə əməkdaşlığa dəvət etdiyimiz ölkələrin dairəsini genişləndirir". "İlk növbədə NATO-ya üzv ölkələrin hesabına ölkələrin dairəsi genişlənir", - deyə o bildirib. "ABŞ onu arqument göstərir ki, Şərqi Avropanın üçüncü mövqeli rayonunda RMS NATO üzrə tərəfdaş olan Avropa ölkələrinin müdafiəsinə yönəlib, bizim mövqeyimiz budur ki, gəlin onlardan (Avropa) soruşaq, cəlb edək və elə bir sistem yaradaq ki hamını qorusun",-deyə baş nazirin birinci müavini söyləyib.

Bununla yanaşı o əlavə edib: "Terror məqsədilə rakelərin buraxılması real təhlükədir və biz bundan heç vaxt imtina etməmişik".

Xəbər lenti

Xəbər lenti