...

Nazir müavini: "İran amili" ABŞ və Azərbaycan əlaqələrində o qədər də hissolunan deyil (video)

Siyasət Materials 26 İyul 2007 19:02 (UTC +04:00)
Nazir müavini: "İran amili" ABŞ və Azərbaycan əlaqələrində o qədər də hissolunan deyil (video)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Nüvə proqramı ilə bağlı ABŞ və İran arasında olan fikir ayrılığı Vaşinqton-Bakı əlaqələrinə təsir etmir. "Mən bu məsələ və ABŞ-Azərbaycan münasibətlərində əlaqə görmürəm. ABŞ və Azərbaycan əlaqələrində "İran amili"ni o qədər də hissolunan hesab etmirəm", - deyə cümə axşamı Trend ə müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev bildirib.

Bir çox ekspertlər hesab edirlər ki, İranla bilavasitə həmsərhəd olan Azərbaycan, ABŞ-ın İrana hücüm etməsi ilə bağlı niyyəti olarsa, əməliyyatların aparılması üçün istifadə oluna bilər. Azərbaycan rəhbərliyi daha öncə bəyan edib ki, ölkə ərazisindən bu məqsədlə istifadə olunmasına imkan vermək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti