...

AB-nin xüsusi nümayəndəsi Piter Semnebi Tbilisiyə gəlib

Siyasət Materials 27 İyul 2007 13:52 (UTC +04:00)
AB-nin xüsusi nümayəndəsi Piter Semnebi Tbilisiyə gəlib

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Cümə günü Tbilisiyə ikigünlük səfərlə Avropa Birliyinin Cənubi Qafqaz ölkələrindəki xüsusi nümayəndəsi Piter Semnebi gəlib.

Avrokomissiyanın Gürcüstandakı nümayəndəliyindən verilən xəbərə görə, Semnebi bu gün Gürcüstan XİN başçısı Gela Bejuaşvili və münaqişələrin həlli məsələləri üzrə dövlət naziri David Bakradze ilə görüşəcək.

Semnebi həmçinin ATƏT-in Gürcüstandakı Missiyasının rəhbəri və Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti