...

Azərbaycan və Sloveniya İKT sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar

Siyasət Materials 25 Avqust 2007 14:09 (UTC +04:00)
Azərbaycan və Sloveniya İKT sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdırlar

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycan və Sloveniya hökumətləri informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa dair müqavilə imzalamağı planlaşdırır. Sənəd Azərbaycanın informasiya texnologiyaları naziri Əli Abbasovun avqustun 26-30-da Sloveniyaya baş tutacaq səfəri zamanı imzalanacaq, bu barədə şənbə günü Lyublyanadan telefonla Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar məlumat verib.

Konsulun sözlərinə görə, səfərin məqsədi avqustun 26-27-də Bled şəhərində keçiriləcək "Avropa Birliyi - 2020: genişlənmə və inteqrasiya" adlı illik Strateji Forumda iştirakdır və bu səfər zamanı Abbasovun Sloveniyanın iqtisadiyyat naziri Andrey Vizyak ilə görüşəcəyi gözlənilir.

Nazirlər iqtisadi münasibətlər və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Nazir Sloveniyanın İKT sahəsində aparıcı şirkətlərindən biri olan "İskratel" şirkətinə baş çəkəcək ki, burada nazirin şirkətin baş direktoru Andrey Polenek ilə görüşəcəyi gözlənilir. Azərbaycan nümayəndə heyəti şirkətin İKT sahəsində məhsulları və qərarları ilə tanış olacaq.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Lyublyana Universitetində keçiriləcək görüşdə iştirak edəcək, görüşdə Sloveniya və Azərbaycan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.

Diplomatın verdiyi məlumata görə, bu il iqtisadi forumun işində Gürcüstan prezidenti Mixail Saakaşvili, Xorvatiyanın baş naziri İvo Sanader, Litvanın baş naziri Gediminas Kirkilas, Makedoniyanın baş naziri Nikola Qruevskiy, BMT-nin Kosovonun statusu məsələsi üzrə elçisi Marti Axtisaari, bir sıra ölkələrin nazirləri, digər siyasi xadimlər, AB-nin əməkdaşları, ictimai təşkilatların və analitik mərkəzlərin təmsilçiləri iştirak edəcək. Forumun gündəliyinə Avropaya inteqrasiya məsələləri daxil edilib.

Azərbaycan ötən il forumda prezident səviyyəsində təmsil olunub.

Xəbər lenti

Xəbər lenti