...

"Altı günlük dünya"…

Cəmiyyət Materials 17 Oktyabr 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /müx. TrendLife Ayəndə Dadaşova/

Dövlət Opera və Balet teatrında "Planet parni iz Baku"-nun altı dünlük konserti başlandı. Həmişə olduğu kimi, uşaqlar yenə də maraqlı tamaşalarla çıxış etdilər; çox tanınmış insanları, verilişləri, teleserialları, polisləri, hətta futbolçuları yamsılayırdılar. Tamaşalarda əsas rolları Tahir və Cabir İmanovlar, Elçin Həmidov ifa edirdilər. Parodiyaların birində isə Bəhram Bağırzadə çıxış edirdi. Təccüblü olsa da, bu dəfə heç bir müğənniyə parodiya olmadı,amma Röyaya, Məleykə Əsədovaya, Niyəməddin Musayevə, ötəri də olsa, "toxundular." Televerlişlərdən isə Günel Musəvinin aparıcılıq etdiyi "100%" verilişini, "Maşın", "Nə? Harda? Nə zaman?" oyununu zarafata saldılar. Maşın- şouda dövlət məmurları öz aralarında maşın davası edirlər. Elçin Həmidov "Klon" serialından Zurayda rolunun öhdəsindən layiqincə gələ bildi. Taksi sürücüsü Ağanatiq dayı müxtəlif macəralarla, müştərilərlə üzləşir. Lakin Toppuş bacıyla olan nömrə yəqin ki, uzun müddət tamaşaçıların yaddaşından silinməyəcək. Uzun yol boyu Toppuş bacı ona sübut etməyə çalışır ki, o, heç də gonbul deyil. Hələ bu azmış kimi, yolun ortasında şpaqat da edir.

P.S. Tahir İmanov jurnalistlərin suallarına cavab verdi. O, bildirdi ki, tamaşaçılardan çox razıdır. Çünki ora gələnlər çıxışları çox normal qəbul etdilər.

Xəbər lenti

Xəbər lenti