...

Şimal bölgəsində intihar faktı çoxalıb

Cəmiyyət Materials 19 Oktyabr 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Quba / Trend , müxbir A.Qafarov/ 2007-ci ilin 9 ayı ərzində şimal bölgəsində 46 intihar faktı qeydə alınıb. Bu, ötən illə müqayisədə 0,12 dəfə çoxdur. Belə ki, ötən il ərzində ümumilikdə 58 özünə qəsd edənlərin meyidi üzərində tibbi müayinə təyin edilmişdirsə, bu ilin 9 ayı ərzində, məhkəmə-tibbi ekspertizası və patoloji anatomiya birliyinin Quba şöbəsində 17, Qusar şöbəsində 9, Xaçmazda 11, Dəvəçidə 6, Siyəzən şöbəsində 3 meyid üzərində ekspertiza təyin edilib. Prokurorluqlardan verilən məlumatlara görə, intiharların əksəriyyəti özünü asma yolu ilə və əksər hallarda, ailə münaqişəsi zəminində baş verib.

Xəbər lenti

Xəbər lenti