...

Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri: "Azərbaycan və Qazaxıstan dini əlaqələrin genişləndirilməsi üçün konsepsiya hazırlamalıdırlar

Cəmiyyət Materials 29 Oktyabr 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Dini əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında vahid konsepsiya hazırlamaq lazımdır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazaxıstan Müsəlmanları Dini İdarəsinin rəhbəri, görkəmli dini xadim və alim Absattar Derbisalinin 60 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Məlumatı Trend ə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov verib. Qazaxıstana səfəri zamanı QMİ rəhbəri Qazaxıstan, Özbəkistan, Türkiyə, Qırğızıstan, Tatarıstan, Rusiya dini nümayəndələri ilə görüşüb və tolerantlıq məsələlərini müzakirə edib. Tərəflər, həmçinin, dini məsələlərdə əməkdaşlığın mühümlüyünü qeyd ediblər.

Paşazadə Qazaxıstanlı həmkarına Azərbaycan nümayəndə heyəti adından hədiyyə təqdim edib.

Mərasim Almatı şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti