...

Beynəlxalq Jurnalistlər Federasiyası Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə çağırıb

Cəmiyyət Materials 19 Noyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Beynəlxalq Jurnalistlər Federasiyası Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə çağırıb.Bu müraciətlə bazar ertəsi Bakıda keçirilən söz və mətbuat azadlığı mövzusuna həsr edilmiş Beynəlxalq konfransda, Beynəlxalq Jurnalistlər Federasiyası- nın katibi Eydn Vayt çıxış edib. "Biz Azərbaycan hakimiyyətinə müraciət edərək, həbsdə olan bütün jurnalistləri azad etməyə,söz azadlığı və plüralizmə mane olan qanunları ləğv etməyə, jurnalistlərin siyasi və hüquqi təhdidlərinə son qoymağa çağırırıq" - Vayt deyib. .

.Azərbaycanda səkkiz jurnalist həbs olunub. Onlar böhtan və təhqir etməkdə günahlandırılıblar. Həbs olunan sonuncu jurnalist - Qənimət Zahid Bakı şəhər Yasamal rayon məhkəməsi tərəfində noyabrın 11-də xuliqanlıq və insan sağlamlığına qəsdən zərər yetirməkdə müqəssir bilinərək ,iki ay müddətinə həbs edilib

Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası mətbuatda peşəkar və demokratik mühitin yaradılması işində Azərbaycanın səylərini dəstəkləməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti