...

Azərbaycanlı gimnast Anna Qurbanova Omskda iki bürünc medal qazanıb

Cəmiyyət Materials 10 Dekabr 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Omskda (Rusiya) başa çatan beynəxalq turnirdə azərbaycanlı gimnast Anna Qurbanova iki bürünc medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, Qurbanova finalda iplə hərəkətlərlə 17.925 bal toplayaraq, üçüncü yeri qazanıb. Çənbərlə hərəkətlə final çıxışından sonra o, 17.7 balla ikinci bürünc medala layiq görülüb. Çoxnövçülük üzrə mübarizədə gimnastımız beşinci olub (67.2 bal). İlk dörd yeri rusiyalı gimnastlar Yevgeniya Kanayeva, Aleksandra Yermakova, Yana Seledçik və Natalya Piçujkina tutublar. "Mən sevinirəm ki, ardıcıl ikinci yarış mənim üçün uğurlu başa çatır. Mən güclü rəqiblərələ, Avropa çempionu Kanayeva ilə rəqabət apara bildim və buna görə də iki dəfə pyedestalda dayanmaqla mükafatlandırıldım. Ümid edirəm ki, bu medal xəttini növbəti ildə də davam etdirəcəyəm" - Qurbanova bildirib. Federasiyanın mətbuat xidməti, bu ilin son yarışının Rusiyada keçiriləcək daha bir beynəxalq turnir olacağını bildirib.18-23 dekabrda Moskvaətrafı Dmitrovda keçiriləcək yarışda ölkəmizi dörd gimnast təmsil edəcək: Kamilə Məmmədova (1995-ci il təvvəlüdlü), Ayişə Mustafayeva ( 1996-cı il təvəllüdlü), Cənnət Məmmədova və Mehparə Mənsurova ( hər ikisi 1999-cu il təvəllüdlü).

Xəbər lenti

Xəbər lenti