...

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar qurbanlarının Anım Günü keçiriləcək

Cəmiyyət Materials 15 Yanvar 2008 17:02 (UTC +04:00)

Rusiya, Moskva, 15 yanvar / Trend , müxbir R.Ağayev / Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan xalqının faciəsinin - 20 Yanvar 1990-cı il qurbanlarının Anım Günü keçiriləcək.

Tədbir 2008-ci il yanvarın 18-də keçiriləcək. Səfirliyin məlumatında bildirilir ki, 14:30 da Səfirliyin önündə Lyontev döngəsində əklil qoymaq və qurbanları anmaq üçün "Qara Yanvar" hadisəsində həlak olanların adlarının qeyd edildiyi lövhə yerləşdirilcək.

15:30- da səfirliyin binasında Rusiya ictimaiyyətinin, hadisələrin şahidləri olan Moskvada yaşayan azərbaycanlıların və Rusiyaya akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 131 nəfər həlak olub. Həlak olanların 117 nəfəri azərbaycanlı, 6-sı rus, 3 -ü yəhudi, 3nəfəri tatar olub. 744 nəfər yaralanıb, dörd nəfər haqqında indiyədək məlumat yoxdur, 400 nəfər həbs edilib. 20 yanvarda fövqəladə vəziyyət elan edilməsindən sonra daha 21 nəfər öldürülüb. Fövqəladə vəziyyət elan edilməyən rayonlarda (Neftçala, Lənkəran) 25-26 nəfər öldürülüb.

Xəbər lenti

Xəbər lenti