...

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirin hansı ölkəyə verildiyini açıqlamaqdan imtina edib

Cəmiyyət Materials 4 Fevral 2008 18:32 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirin hansı ölkəyə verildiyini açıqlamaqdan  imtina edib

Azərbaycan, Bakı, 04 fevral / müxbr K.Zərbəliyeva/ Beynəlxlaq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir olan Azərbaycan Milli Ordusunun əsgəri Samir Məmmədovun üçüncü ölkəyə verildiyini rəsmən təsdiqləyib. Əsirin əmisi Vidadi Məmmədov bazar ertəsi Trend ə bildirib ki, onlar fevralın 4-də BQXK-nin Bərdə nümayəndəliyinin rəhbəri Xuan Karlosla görüşüblər və görüşdə Samir Məmmədovun xarici ölkəyə təhvil verildiyi söylənilib.

Məmmədov 2006-cı il dekabrın 24-də Ermənistan tərəfinə əsir düşüb. Ermənistan onu yanvarın 31-də üçüncü ölkəyə təhvil verib. BQXK-nin nümayəndələri Məmmədovla sonuncu dəfə yanvarın 29-da görüşüblər. Ermənistan mətbuatı Məmmədovun Avropa ölkələrindən birinə göndərildiyini yazıb.

Görüşdə BQXK-nın nümayəndəliyi Məmmədovun hansı ölkəyə verildiyi barədə məlumatı açıqlamayıb. Onlar Məmmədovun tam azad insan olduğunu və hər zaman ailəsi ilə əlaqə saxlamağa qadir olduğunu açıqlayıblar.

Əsirin əmisi hesab edir ki, Ermənistan tərəfinin addımı adam oğurluğu kimi qiymətləndirilməlidir və bu, BQXK-nın zəif fəaliyyətinin nəticəsidir.

Azərbaycanın Müdafiə Nazirliyndən Məmmədovun üçüncü ölkəyə verildiyi barədə məlumata malik olduqları və bununla bağlı tədqiqatın aparıldığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti