...

Əməkdar artist Brilyant Dadaşova fərqli ampluada

Cəmiyyət Materials 7 Fevral 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral /müx. TrendLife Şahin Cavadsoy

"Mən sənətkaram"-adını verdiyi layihəsi ilə Lider TV- də veriliş aparmağa hazırlaşan əməkdar artist Brilyant Dadaşova yaradıcılığında da yeniliklər etməkdə çox qərarlı görünür. Gəzən xəbərlərə görə, müğənni hit mahnılarına ikinci həyat verməyi qarşısına məqsəd qoyub. Əvvəlcə müəllifi olduğu "Maç-maç, quc-quc", sonra isə, sözləri Molla Pənah Vaqifə, musiqisi Elza Seyidcahana aid olan "Toy adamları"mahnılarını yeni versiyada dinləyicilərə təqdim edəcək. TrendLife-a danışan Brilliant xanım, digər yeniliklərindən də danışdı: "Öncədən vəd vermək istəmirəm. Onsuz da pərəstişkarlarım bilir ki, əsla yenilik ardınca qaçmıram. Təvazökarlıqdan uzaq olsa da, yeniliklər özü gəlib məni tapır. İstəyirəm ki, yaxın aylarda çoxlu sayda sürprizlərimi musiqisevərlərin ixtiyarına buraxım. Demirəm ki, bomba partladacağam. Sadəcə, Brilyant Dadaşova fərqli ampluada sizləri sevindirməyə çalışacaq".

Xəbər lenti

Xəbər lenti