...

Biz elmi faktlar əsasında film çəkirik -rejissor Nizami Abbasov

Cəmiyyət Materials 3 Mart 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart /müx. TrendLife Eldar Hüseynzadə/

"Yaddaş" studiyasında "Azərbaycan tarixi" adlı sənədli filmin çəkilişləri üzərində iş gedir. Artıq filmin iki seriyası hazırdır. Çəkilişlər barədə rejissor Nizami Abbasov TrendLife-a bunları söylədi: "Bu əsəri Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun ssenarisi üzərində çəkirik. Film ümumilikdə altı bölümdən ibarətdir. Ancaq elmi faktlar əsasında işləyirik. Azərbaycan tarixi haqqında çəkilən filmlər heç vaxt bu səviyyədə olmayıb. Tariximizi həmişə kiminsə diktəsi ilə yazmışıq. İndi isə artıq öz fikrimiz üzərində çalışırıq".

Xəbər lenti

Xəbər lenti