...

Hər kəs məni təkrarlayır - şoumen Kamran Həsənli

Cəmiyyət Materials 12 Mart 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Safura/

Şoumen Kamran Həsənli bacısı Gülərlə bərabər tamaşaçılara yenidən analoqu olmayan veriliş təqdim edəcək. Bu haqda TrendLife-a şoumen özü xəbər verib. Onun sözlərinə görə, onu təkrarlayanların sayı günü-gündən artır: "Səkkiz il bundan əvvəl "Sizin saat" kimi verilişi təqdim edəndə, o formatda Azərbaycanda veriliş demək olar ki, yox idi. Zaman keçdikcə başladılar məni təkrarlamağa. Heç kim yeni nəsə fikirləşə bilmir. Lakin Kamransız həmin verilişlər maraqsız və qısa ömürlü olur. Hazırda isə bacımla bərabər yeni layihə üzərində işləyirik. Azərbaycan televiziyasında belə veriliş hələ olmayıb. Hələlik isə verilişin nə adnı, nə də mövzusunu söyləmək istəmirəm. Əgər söyləsəm, oğurlaya bilərlər".

Xəbər lenti

Xəbər lenti