...

Göy Göldə turizm infrastrukturu üçün mümkün imkanlar yaradan zonalar müəyyənləşdirilməlidir - nazir

Cəmiyyət Materials 5 Aprel 2008 11:31 (UTC +04:00)
Göy Göldə turizm infrastrukturu üçün mümkün imkanlar yaradan zonalar müəyyənləşdirilməlidir - nazir

Azərbaycan, Gəncə, 05 aprel / Trend ", müxbir V.Məmmədov/ Göy Göl Milli Parkında turizm infrastrukturu üçün mümkün imkanlar yaradan zonalar müəyyənləşdirilməlidir ki, həm canlı təbiətə, həm də heyvanat aləminə ciddi ziyan dəyməsin. Bu bəyanatla Gəncədə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyqulu Bağırov çıxış edib.

Azərbaycan prezidenti aprelin 1-də Göy Göl Milli Parkının yaradılması barədə sərəncam verib. Nazir dünən sərəncamdan sonra Milli Parkda olub. Göy Göl qoruğuna ərazisi 2,5 dəfə artırılaraq Milli Park statusu verilib.

Ərazisi 6 min 739 hektar olan Göy Göl Dövlət Qoruğu Milli Park adı aldıqdan sonra12 min 755 hektara çatdırılıb.

Göy Göl Milli Parkı paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti