...

Azərbaycanın paytaxtında havanın çirklənməsində avtomobillərin payı 45 - 60 faizdir - monitorinq

Cəmiyyət Materials 17 Dekabr 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A. Hüseynbala/ Azərbaycanın paytaxtında havanın çirklənməsində avtomobillərin payı 45-60 faiz təşkil edir.

"Statistikaya görə, köhnə, ekoloji standartlara cavab verməyən nəqliyyat vasitələrindən istifadənin qarşısı alınmasa, Bakıda ekoloji vəziyyət getdikcə daha pisləşəcək", - çərşənbə günü Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun mətbuat konfrans ında bildirilib.

İşçi Qrupu üzvlərinin sözlərinə görə, paytaxtda 105 nəqliyyat vasitəsində aparılan monitorinq zamanı məlum olub ki, həmin avtomobillərin 44 faizi atmosferə zərərli karbon oksidi buraxır.

"Xaricdən gətirilən köhnə avtomobillərlə yanaşı, Rusiyada istehsal olunan yeni nəqliyyat vasitələrinin də atmosferi çirkləndirdiyi aşkar olunub", - mətbuat konfransında qeyd edilib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, havaya normadan artıq zərərli maddələrin buraxılmasının qarşısının alınması üçün Nazirlər Kabinetinə təqdim olunan Proqram nazirliklərdə müzakirə edilir.

"Müzakirələrdə daha çox köhnə avtomobillərin gətirilməsinə qadağa qoyulmasıt əklif olunur. Bundan başqa, Rusiyada və Avropa ölkələrində istehsal olunan köhnə avtomobillərdən istifadəyə məhdudiyyət qoyulması da nəzərdə tutulur", - dekabrın əvvəlində jurnalistlərə Ekologiya və Eəbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti