...

Azərbaycan yazıçısının məşhur romanı türk dilinə tərcümə olunub

Cəmiyyət Materials 23 İyul 2009 13:19 (UTC +04:00)
Trend News-un məlumatına görə, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov kitabın təqdimat mərasimində bildirib ki, İsmayıl Şıxlı elə bir şəxsiyyətdir ki, onun haqqında həmişə yazmaq və danışmaq lazımdır. "Böyük yazıçının ən gözəl əsərlərindən olan "Dəli Kür" əsəri gec də olsa türk dilinə tərcümə olunub və bu yaxınlarda işıq üzü görüb", - deyə Cəfərov bildirib.
Azərbaycan yazıçısının məşhur romanı türk dilinə tərcümə olunub

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın böyük yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" əsəri türk dilində nəşr olunub.

Trend -un məlumatına görə, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov kitabın təqdimat mərasimində bildirib ki, Şıxlı elə bir şəxsiyyətdir ki, onun haqqında həmişə yazmaq və danışmaq lazımdır.

"Böyük yazıçının ən gözəl əsərlərindən olan "Dəli Kür" əsəri gec də olsa türk dilinə tərcümə olunub və bu yaxınlarda işıq üzü görüb", - deyə Cəfərov bildirib.

Onun sözlərinə görə, əsəri türk dilinə türkiyəli yazıçı-jurnalist Yasemin Bayer tərcümə edib. Tərcüməçi bundan öncə də bir sıra Azərbaycan əsərlərini türk oxucularına çatdırıb.

Bayer bildirib ki, "Dəli Kür" romanını tərcümə etməkdən böyük qürur hissi keçirir.

"İsmayıl Şıxlını müəllimim hesab edirəm. Əsəri tərcümə edərkən Qazax ləhcəsini öyrənmişəm", - deyə tərcüməçi bildirib.

Onun sölərinə görə, Azərbaycanın böyük yazıçılarının əsərləri bu gün də sevə-sevə oxunulur.

Bu il Şıxlının anadan olmasının 90 illik yubileyi qeyd olunur. Bu münasibətlə respublikada bir sıra tədbirlər həyata keçirilir.

 




Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti