...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyəti olan abituriyentlər üçün vəsaitlər nəşr edib

Cəmiyyət Materials 28 Yanvar 2010 13:33 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən fənlərə dair imtahanlara hazırlıq üzrə vəsaitlər çap edib.
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası xüsusi qabiliyyəti olan abituriyentlər üçün vəsaitlər nəşr edib

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən fənlərə dair imtahanlara hazırlıq üzrə vəsaitlər çap edib.

Yeni nəşrlər 5 istiqamət: Təsviri sənət; Musiqi sənəti; Memarlıq və dizayn; Teatr, kino və xoreoqrafiya sənətləri; Bədən tərbiyəsi və idman üzrə hazırlanıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev cümə günü vəsaitlərin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, təsviri sənət üzrə birinci vəsait rəngli formatda çap olunub ki, bu da materialın abituriyentlər tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edəcək. Bundan əlavə, musiqi sənəti üzrə nəşrlərin yeni versiyasında ədəbiyyat yenilənib və imtahan proqramı dəyişilib. Şahmatın inkişafının stimullaşdırılması məqsədilə xüsusi imtahanlarda fiziki normativlər ixtisar edilib. Memarlıq və dizayn üzrə məsələlərdə yeni nəşrlər təqdim edilib.

Babayevin sözlərinə görə, vəsaitlərin qiyməti nəşrin həcmindən asılı olaraq iki manatdan üç manatadək olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti