...

Azərbaycanın Kanadadakı Səfirliyinin himayəsi altında ekoloji problemlərə həsr olunmuş müzakirələr aparılıb

Cəmiyyət Materials 11 Mart 2010 03:34 (UTC +04:00)
Mart ayının 10-da Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən ekoloji problemlərinə həsr olunmuş müzakirələr keçirilmişdir.
Azərbaycanın Kanadadakı Səfirliyinin himayəsi altında ekoloji problemlərə həsr olunmuş müzakirələr aparılıb

Mart ayının 10-da Ottava şəhərində Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən ekoloji problemlərinə həsr olunmuş müzakirələr keçirilmişdir, Səfirliyin melumatında deyilir.

Tədbiri açan Səfir Fərid Şəfiyev 2010-cu ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda ekologiya ili elan olunduğu barədə məlumat vermişdir. Səfir həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarında ermənilər tərəfindən Azərbaycan təbiətinə ciddi ziyan vurulduğunu xüsusi vurğulamışdır.

Daha sonra, qlobal və regional ekoloji problemlər müzakirə olunmuşdur. Müzakirə çərçivəsində, kanadalı mütəxəssis Maykl Haynes qlobal ekoloji problemlərin beynəlxalq müstəvidə yaradacağı fəsadlara həsr olunmuş və kanadalı müəllif Gwenn Dyer (Qven Dayer) tərəfindən dərc olunmuş "Climate Wars" (İqlimlər Müharibəsi) kitabına diqqət yönəltmişdir.

Tədbir iştirakçıları qlobal istiləşmə, Kyoto protokolu, ətraf mühitin mühafizəsi sahəsində beynəxalq əməkdaşlığın vacibliyi və digər məsələlərə toxunmuşlar.

Xəbər lenti

Xəbər lenti