...

Azərbaycan Konstitusiyası imkan verir ki, mətbuat sahəsindəki beynəlxalq qanunları tətbiq edək – Parlamentin komitə sədri

Cəmiyyət Materials 12 Mart 2010 14:34 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, qanunvericilikdə nöqsanlar olmasına baxmayaraq, Konstitusiya mətbuat sahəsindəki beynəlxalq qanunları praktikada tətbiq etməyə imkan verir.
Azərbaycan Konstitusiyası imkan verir ki, mətbuat sahəsindəki beynəlxalq qanunları tətbiq edək – Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, qanunvericilikdə nöqsanlar olmasına baxmayaraq, Konstitusiya mətbuat sahəsindəki beynəlxalq qanunları praktikada tətbiq etməyə imkan verir.

"Mətbuat azadlığı və informasiya əldə etmək haqqında Azərbaycan qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılıb və beynəlxalq standartlara cavab verir". - Trend -un məlumatına görə, cümə günü "Demokratik Cəmiyyətdə media: beynəlxalq və milli təcrübə" mövzusunda keçirilən beynəlxalq konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən, 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən, 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Hüseynovun sözlərinə görə, 2009-cu ildə Azərbaycan Konstitusiyasına referendumla edilən dəyişikliklər və bununla bağlı qanunvericilikdə edilən düzəlişlər beynəlxalq qanunvericiliyə zidd deyil və bir sıra ölkələrin təcrübəsində bu hal müşahidə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti