...

Sumqayıtda yay düşərgələrinin şagirdləri üçün ekskursiyalar təşkil edilir

Cəmiyyət Materials 12 İyul 2010 11:07 (UTC +04:00)
Sumqayıtda yay düşərgələrinin şagirdləri üçün Quba rayonuna ekskursiyalar təşkil edilir.
Sumqayıtda yay düşərgələrinin şagirdləri üçün ekskursiyalar təşkil edilir

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Sumqayıtda yay düşərgələrinin şagirdləri üçün Quba rayonuna ekskursiyalar təşkil edilir. Bu barədə Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər Təhsil Şöbəsi hər məktəbdən 50 nəfər şagird, həmçinin, məktəb direktoru, üç nəfər müəllim və bir nəfər tibb bacısı olmaqla, hər gün 2 məktəbin nümayəndələrinin Quba rayonuna ekskursiyasını təşkil edir.

"Ekskursiya proqramı çərçivəsində şagirdlər Quba rayonunda yerləşən 1918-ci ilin mart ayında ermənilər tərəfindən soyqırıma məruz qalmış soydaşlarımızın məzarlığını ziyarət edirlər. Sonra Amsar kəndi ərazisində yerləşən istirahət zonasında şagirdlərin naharı və mənalı istirahəti təşkil edilir. Şagirdlərin istirahətinin səmərli keçməsi üçün müxtəlif əyləncəli oyunlar keçirilir", - məlumatda qeyd olunur. Bu cür ekskursiyalar 2003-cü ildən etibarən hər il təşkil olunur.

Xəbər lenti

Xəbər lenti