...

ADA-nın Xarici Siyasət Proqramı məzunlarının növbəti buraxılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2010 18:58 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramının 2010-ci ilin ikinci semestrində 19 orta rütbəli dövlət qulluqçuları treninqdən keçib.
ADA-nın Xarici Siyasət Proqramı məzunlarının növbəti buraxılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramının 2010-ci ilin ikinci semestrində 19 orta rütbəli dövlət qulluqçuları treninqdən keçib. Bu barədə çərşənbə günü akademiyadan Trend-ə verilən məlumatında deyilir.

Kursların bitməsi münasibətilə keçirilən mərasimdə xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, Xarici Siyasət Proqramı yalnız dövlət məmurlarının biliklərinin artmasına xidmət etmir, eyni zamanda, onlar arasında professional əməkdaşlığın yaranmasına da öz töhfəsini verir.

Daha sonra Paşayev treninq iştirakçılarına sertifikatlar və simvolik mükafatlar təqdim edib.

ADA-nın Xarici Siyasət Proqramı mövcud qlobal siyasi və iqtisadi trendlər, ictimai diplomatiya, liderlik və kommunikasiya bacarıqlarının qurulması kimi sahələri əhatə edib. Kurslarda iştirak edənlər arasında Prezident Administrasiyası, Milli Məclis, Mərkəzi Bank, Xarici İşlər, Gənclər və İdman, Fövqəladə Hallar, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) və Qlobal Fond təşkilatının əməkdaşları olub.

Xəbər lenti

Xəbər lenti