...

Finlandiyada "Novruz" festivalı keçiriləcək

Cəmiyyət Materials 16 Mart 2011 17:22 (UTC +04:00)
Finlandiyanın paytaxtı Helsinkidə "Novruz" festivalı keçiriləcək. Trend-in Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, festival Finlandiya-Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə martın 19-da baş tutacaq.
Finlandiyada "Novruz" festivalı keçiriləcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/

Finlandiyanın paytaxtı Helsinkidə "Novruz" festivalı keçiriləcək. Trend-in Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, festival Finlandiya-Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə martın 19-da baş tutacaq. Helsinki şəhərinin meriyası tədbirin keçirilməsi ilə bağlı Finlandiya-Azərbaycan Assosiasiyasının müraciətinə artıq müsbət cavab verib.

Helsinkinin mərkəzində yerləşən ən böyük mədəniyyət mərkəzi sayılan CAISA mədəniyyət mərkəzində keçiriləcək tədbirdə iştirak etmək üçün Finlandiyanın Mədəniyyət, Xarici İşlər və Təhsil nazirliklərinə, Helsinki və Espoo şəhərlərinin merlərinə dəvətnamələr göndərilib. Bu il türk diasporu da Novruz bayramını Azərbaycan diasporu ilə birgə qeyd edəcək. Novruz bayramı və adət ənənələrini bu ölkədə tanıtmaq məqsədi daşıyan "Novruz" festivalında Finlandiya-Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının hazırladığı bayram proqramı nümayiş etdiriləcək.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Hər il martın 20-21-də Azərbaycanda Novruz bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti