Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Rusiya geoloqları Qafqaz regionunun müasir geodinamikasının öyrənilməsi üzrə birgə tədqiqatlar aparacaqlar.
Bu sahədə əməkdaşlıq haqqında sazişi Rusiyada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru Akif Əlizadə və Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru Mixail Fedokin imzlayıblar. Bu barədə Trend-ə AMEA-nın Geologiya İnstitutundan məlumat verilib.
Birgə tədqiqatlar regionda vulkanların və geodinamik proseslərin ən son durumunu, eləcə də 7-14 kilometrlik dərinliklərin neftqazlılığı və karbohidrogen potensialı, yeraltı sular və geoinformatika sistemini aşkar edəcək.
REA-nın Geologiya İnstitutunda Qafqazada elmi tədqiqatlara həsr edilən konfrans da təşkil edilib.