...

"Qarabağ" futbol klubunun vitse-prezidenti Türkiyə-Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfələrə görə mükafata layiq görülüb

Cəmiyyət Materials 14 İyun 2011 17:09 (UTC +04:00)
"Qarabağ" futbol klubunun vitse-prezidenti Türkiyə-Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfələrə görə mükafata layiq görülüb
"Qarabağ" futbol klubunun vitse-prezidenti Türkiyə-Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfələrə görə mükafata layiq görülüb

"Qarabağ" Futbol Klubunun son illərdə uğurlu çıxışı daim fərqli sahələrdə öz qiymətini almaqda davam edir. Son iki ildə doğma Azərbaycanımızı Avrokuboklarda uğurla təmsil edən "Qarabağ" Futbol Klubunun uğurlarının əhatə dairəsi ölkə hüdudlarını aşmışdır.

Türkiyənin Mersin şəhərində "2013 Mersin Ağdəniz oyunları" tanıtımı və bölgənin "Çukurova Express" nəşrinin təşkilatçılığıyla "İlin uğur mükafatı"nın təqdimetmə mərasimi keçirilmişdir. Mersində baş tutan tədbirdə türk idman ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. "Qarabağ" Futbol Klubu 2 mükafatla təltif olunmuşdur. Klubun vitse-prezidenti Tahir Gözəl Türkiyə - Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfə və uğurlara görə "Hizmet Onur Ödülü" mükafatına layiq görüldü. Kluba isə son iki ildə Avrokubokda qazanılan nəticələrə görə "Türk dünyasının uğurlu komandası` diplomu təqdim olundu

Xəbər lenti

Xəbər lenti