...

Gələn ildən Azərbaycanın bir rayon və ya şəhəri "Gənclər Paytaxtı" elan ediləcək

Cəmiyyət Materials 11 İyul 2011 15:44 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında qeyd olunub.
Gələn ildən Azərbaycanın bir rayon və ya şəhəri "Gənclər Paytaxtı" elan ediləcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Gələn ildən başlayaraq hər il Azərbaycanın bir rayon və ya şəhəri "Gənclər Paytaxtı" elan ediləcək.

Trend-in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında qeyd olunub.

Yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədilə nəzərdə tutulan tədbir 2015-ci ilədək davam edəcək.

Dövlət Proqramında xaricdə təhsil alıb Azərbaycana qayıdan gənclər barəsində məlumat toplanılması və onların işlə təmin edilməsi üçün İqtisadi İnkişaf Nazirliyində müvafiq bölmənin yaradılması da nəzərdə tutulub.

Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsi məqsədilə gənclərin kadr potensialı haqqında məlumat bankının yaradılması ilə bağlı təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib.

Xarici ölkələrdə təhsil alan və işləyən gənclər haqqında məlumat bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması, dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi barədə tədbirlərin görülməsi də Dövlət Proqramında nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti