...

Bakıda tikinti şirkəti rəhbərinin qətli ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 12 İyul 2011 11:41 (UTC +04:00)
Bakıda tikinti şirkətinin rəhbərinin qətli ilə bağlı cinayət işi başlanıb
Bakıda tikinti şirkəti rəhbərinin qətli ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda tikinti şirkətinin rəhbərinin qətli ilə bağlı cinayət işi başlanıb.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.

Cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İyulun 11-də günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross" MTK-nın ofisinə silahlı basqın olub.

Naməlum şəxslər Teymur Əliyev küçəsində yerləşən şirkətin ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi Əmiraslan Əhmədova odlu silahdan atəş açıblar.

Şirkətin rəhbəri güllə yarasından xəstəxanada keçinib. Əhmədov isə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti