...

Yaxın 2 gündə Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Cəmiyyət Materials 13 İyul 2011 12:12 (UTC +04:00)
İyulun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Yaxın 2 gündə Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İyulun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi üstünlük təşkil edəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Xəbər lenti

Xəbər lenti