...

Parisdə müxtəlif ölkələrdən olan Daun sindromlu şəxslərin iştirakı ilə konsert keçiriləcək

Cəmiyyət Materials 29 Noyabr 2011 11:23 (UTC +04:00)
Parisdə noyabrın 29-dan dekabrın 4-dək müxtəlif ölkələrdən olan Daun sindromlu şəxslərin iştirakı ilə konsert keçiriləcək.
Parisdə müxtəlif ölkələrdən olan Daun sindromlu şəxslərin iştirakı ilə konsert keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Parisdə noyabrın 29-dan dekabrın 4-dək müxtəlif ölkələrdən olan Daun sindromlu şəxslərin iştirakı ilə konsert keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhsil, elm və mədəniyyət təşkilatı (YUNESKO) tərəfindən təşkil olunan tədbirdə ölkəmizdən olan Daun sindromlu şəxslərin iştirakı da təmin edilib.

Belə ki, tədbirdə Azərbaycandan olan Daun sindromlu 12 nəfər uşaqdan ibarət "Dəcəllər" rəqs qrupu da konsert proqramı ilə çıxış edəcək.

Tədbir çərçivəsində yaradıcı əlillərin, habelə respublikamızdan olan istedadlı əlillərin tətbiqi sənət nümunələrindən ibarət sərginin nümayişi də nəzərdə tutulur.

Eyni zamanda, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və dolğun həyat şəraitinin təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti