...

Latviya əhalisinin sayında rekord azalma qeydə alınıb

Cəmiyyət Materials 18 Yanvar 2012 19:46 (UTC +04:00)
Latviyanın Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisinin sayı son 10 ildə 13 faiz azalaraq 2 milyon 70 minə çatıb.
Latviya əhalisinin sayında rekord azalma qeydə alınıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Salmanov/

Latviyanın Statistika İdarəsinin məlumatına görə, ölkə əhalisinin sayı son 10 ildə 13 faiz azalaraq 2 milyon 70 minə çatıb. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

İdarənin məlumatında o da qeyd olunur ki, paytaxt Riqanın əhalisi son 10 ildə 14 faiz azalıb. Ölkənin ən kasıb bölgəsi olan Latqaledə isə azalma 21 faiz təşkil edib.

Latviya əhalisinin sayı 1989-2000-ci illərdə də 11 faiz azalmışdı.

Xəbər lenti

Xəbər lenti