...

Masazır qəsəbəsində sürüşmə evlərə doğru hərəkət edir

Cəmiyyət Materials 24 Mart 2012 10:54 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunun 103-142-ci kilometrliyində 6 yerdə sürüşmə sahələrində aktivləşmələr baş verir.
Masazır qəsəbəsində sürüşmə evlərə doğru hərəkət edir

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakı-Şamaxı-Yevlax yolunun 103-142-ci kilometrliyində 6 yerdə sürüşmə sahələrində aktivləşmələr baş verir. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, Muğanlı-İsmayıllıı magistral yolunun 0-27-ci kilometrliyində 6 yerdə aktivləşmələr müşahidə olunur. Hər iki yerlə əlaqədar arayışlar hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək.

Niftiyev bildirib ki, Bakıdakı sürüşmə sahələrində nisbi stabillik davam etsə də, Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmə ərazisində aktivləşmə baş verib, sürüşmə dinamikası müşahidə edilir. Bu ərazidə müvəqqəti olaraq tikilmiş istinad divarı tamamilə dağılıb. Artıq sürüşmə evlərə doğru hərəkət edir.

Niftiyev qeyd edib ki, Qobustandakı mövcud sürüşmə zonalarında da aktivləşmə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti