...

Nazir: Bakıda avtomobillərdə yüksək tonlu səs siqnallarının istifadəsinin qarşısının alınması üçün tədbirlər görülür

Cəmiyyət Materials 15 İyun 2012 12:15 (UTC +04:00)
Bakı sakinləri avtomobillərdə yüksək tonlu, çox avazlı səs siqnallarının istifadəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Nazir: Bakıda avtomobillərdə yüksək tonlu səs siqnallarının istifadəsinin qarşısının alınması üçün tədbirlər görülür

Azərbaycan, Bakı, 15 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakı sakinləri avtomobillərdə yüksək tonlu, çox avazlı səs siqnallarının istifadəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.

Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov cümə günü jurnalistlərə müsahibəsində deyib.

Nazir avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması istiqamətində tədbirlər görüldüyünü vurğulayıb.

Usubov səsgücləndiricilərdən az istifadə olunması üçün müvafiq tədbirlər görüləcəyini deyib və qeyd edib ki, yüksəsk səs siqnallarından istifadə olunması yolverilməzdi və vətəndaşlar qanunun bu tələbini nəzərə almalıdır.

Azərbaycanda kriminogen durumun tam nəzarət altında olduğunu deyən nazir bildirib ki, kriminogen durumun sabitliyinə görə, Azərbaycan nəinki MDB, hətta Şərqi Avropa ölkələri arasında da seçilir.

Xəbər lenti

Xəbər lenti