...

Bu ilin 5 ayı ərzində Azərbaycana 354 Filippin vətəndaşı gəlib

Cəmiyyət Materials 30 İyun 2012 14:48 (UTC +04:00)
25 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmə­tinə Filippin Respublikasının vətəndaşı olan bir qadın ona sığınacaq verilməsi ilə bağ­lı müraci­ət etmişdir.
Bu ilin 5 ayı ərzində Azərbaycana 354 Filippin vətəndaşı gəlib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

25 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmə­tinə Filippin Respublikasının vətəndaşı olan bir qadın ona sığınacaq verilməsi ilə bağ­lı müraci­ət etmişdir.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxs Dövlət Miqrasiya Xidmətinin sığınacaq ax­ta­ran şəxs­lər üçün nəzərdə tutulmuş və beynəlxalq standartlara uyğun təchiz edilmiş sığı­na­caq mər­kə­zində yer­ləş­di­rilmişdir. Mövcud qa­nun­vericiliyin tələbləri çərçivəsində şəxslə bağ­lı araş­dır­ma aparılmış, mü­sa­hibə zamanı o, şəxsiyyətini təsdiq edən sənəd­lə­ri olmadığını və bu səbəbdən də ölkəsinə qaytarılması üçün ona yardım edil­mə­sini xahiş et­mişdir.

28 iyun 2012-ci il tarixdə sığınacaq mərkəzində kö­nüllü olaraq yerləşdirilmiş Filippin vətəndaşı ilə Ombudsman Aparatının nü­ma­yəndələri və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi gö­rüş­müş, şəxsin sığınacaq mərkəzindəki şəraiti ilə yerində tanış olmuşlar. Hər iki quru­mun nümayəndələri yaradılan şəraitin qənaətbəxş olduğunu bildirmişlər. Filip­pinli qadının öl­kə­sinə qaytarılmasında BMqT Dövlət Miqrasiya Xidmətinə yardımını təklif etmişdir. Şəxs­lə bağlı mə­lu­matlar BMqT vasitəsilə Filippin Res­pub­li­ka­sının Ankaradakı səfir­liyinə göndərilmişdir. Hazırda həmin şəxsin öl­kə­si­nə qaytarılması istiqamətində bir­gə tədbirlər davam etdirilir.

Yuxarıda qeyd olunanlarla bağlı bəzi qeyri-hökumət təşkilatları mövcud vəziyyətdən öz maraqları üçün istifadə etməyə cəhd göstərir və ictimaiyyətə bu barədə yanlış məlumatlar verirlər. Belə ki, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin Prezidenti Əlövsət Əliyevin internet səhifələrində Filippin vətəndaşının insan alverinin qurbanı olmasını iddia etməsinə baxmayaraq, onun Dövlət Miqrasiya Xidmətinə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, şəxslə bağlı toplanmış materiallar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırılmış, Filippin vətəndaşının insan alverinin qurbanı olmaması müəyyənləşdirilmiş və cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir.

Eyni zamanda, "Azərbaycan Miqrasiya Mərkəzi" tərəfindən internet səhifələrində "2012-ci ilin birinci yarısında Azərbaycana 900 nəfərədək Filippin vətəndaşının gəldiyi, bu şəxslərin ölkə ərazisində uzun müddət qalmaq və işləmək üçün icazə almadıqları, eyni zamanda, onların ölkədən çıxmadıqları və olduqları yer haqqında məlumatların olmadığı" barədə verilən yazıların heç bir əsası yoxdur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində olan rəsmi məlumatlara əsasən, cari ilin beş ayı ərzində Azərbaycan Respublikasının ərazisinə ümumi­likdə 354 nəfər Filippin vətəndaşı daxil olmuşdur. Onlardan 208 nəfəri viza müddəti bit­dik­dən sonra ölkə ərazisini tərk etmişdir. 107 nəfəri Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq ica­zə­lər əsasında hazırda ölkə ərazisində yaşayır. Olma müddəti bitmiş 39 filippinlinin isə aşkar edi­lərək barələrində müvafiq qərarlar qəbul edilməsi üçün lazımi tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti