...

FHN Akademiyasının kursantları alpinist və qəza-xilasetmə əməliyyatları nümayiş etdiriblər

Cəmiyyət Materials 15 Sentyabr 2012 15:41 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.
FHN Akademiyasının kursantları alpinist və qəza-xilasetmə əməliyyatları nümayiş etdiriblər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Akademiyaya yeni qəbul olunmuş kursantları təbrik edib, respublikamızın fövqəladə halların idarə edilməsi üzrə yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin əhəmiyyətli rolu olduğunu vurğulayıb. Akademiyanın rəisi təhsil müəssisəsində yaradılan şəraitə görə şəxsi heyət adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

Tədbirdə kursantlar adından Fövqəladə Hallar Nazirliyinin Akademiyasının IV kurs kursantı Adil Yaqubzadə, valideynlər adından Səyyad Əhmədov çıxış edib.

Sonra Akademiyanın IV kurs kursantları Akademiyaya yeni qəbul olunmuş kursantlardan bir qrupuna kursant paqonlarını və çantalarını təqdim ediblər.

Mərasimin sonunda kursantlar tərəfindən yanğınsöndürmə avtomaşını ilə açılış, alpinist və qəza-xilasetmə əməliyyatları nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti