Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov/
Alı Mustafayev küçəsində, 3-cü mikrorayon bazarının qarşısında yeraltı piyada keçidinin tikintisinə başlanılıb.
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, layihə Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Salamzadə küçələri ilə kəsişməsində nəzərdə tutulan müxtəlif səviyyəli yol qovşağının tikintisi çərçivəsində həyata keçirilir.
Piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə inşa olunan piyada keçidi 4 giriş-çıxışdan ibarət olacaq.