...

Azərbaycan və Türkiyə arasında dini əməkdaşlıq müzakirə ediləcək

Cəmiyyət Materials 10 Oktyabr 2012 11:40 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyə Cumhuriyyəti Diyanət İşləri Başqanı Mehmet Görməzin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedim.
Azərbaycan və Türkiyə arasında dini əməkdaşlıq müzakirə ediləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyə Cumhuriyyəti Diyanət İşləri Başqanı Mehmet Görməzin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Komitə sədri Türkiyə Diyanət İşləri Başqanı, TİKA və Diyanət Vakfı rəhbərliyi, digər dövlət qurumlarının rəsmiəri ilə görüşlər keçirəcək.

Ankara və İstanbulda keçiriləcək bir sıra görüşlərdə Azərbaycan və Türkiyə arasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iki qardaş ölkənin beynəlxalq miqyasda birgə həyata keçirə biləcəyi, İslamofobiyaya və multikulturalizmi təhdidə alan tendesiyaların qarşısının alınması istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Səfər çərçivəsində Komitə sədrinin Ankara və Mərmərə Universitetlərinin, İstanbul Müftülüyünün fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulub.

Səfərin sonunda İskəndərov TÜRKPA tərəfindən təşkil olunan "Dövlətlərarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərin rolu" mövzusunda keçiriləcək Beynəlxalq Forumda "Türkdilli dövlətlərin dünyaya inteqrasiyası və dinlərarası tolerantlıq modeli" mövzusunda çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti