...

Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən daha bir məktəb istifadəyə verilib

Cəmiyyət Materials 1 Fevral 2013 18:37 (UTC +04:00)
Bu gün Qax rayonu Zərnə kəndində Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilən 240 şagird yerlik məktəbin açılışı olub.
Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən daha bir məktəb istifadəyə verilib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Bu gün Qax rayonu Zərnə kəndində Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilən 240 şagird yerlik məktəbin açılışı olub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev məktəbin müasir informasiya texnologiyaları, laboratoriya və digər zəruri texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb, eyni zamanda, zəlzələ zamanı bölgədə tam qəzalı vəziyyətə düşən 37 məktəbdən artıq 30-a qədərinin təhvil verildiyini bildirib.

Hacıyev, həmçinin, bölgədə zəlzələlər zamanı fəsadlar əmələ gələn digər evlərə nazirliyin müvafiq komissiyalarının baxış keçirdiyini və yekun rəy üçün sənədlərin hazırlandığını vurğulayıb, zəlzələ nəticəsində evlərinə bərpa rəyi verilmiş sakinlərə kompensasiyaların ödənilməsinin davam etdirildiyini bildirib.

Sonra nazir müavini Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Zərnə kəndində zəlzələ nəticəsində dağılmış və yenidən inşa edilən mənzillərə baxış keçirib, sakinlərin problemləri ilə maraqlanıb.

Həmçinin, nazir müavini Zaqatala rayon rəsmiləri ilə zəlzələdən zərər çəkmiş kəndlərdə yerli əhali ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib, kompensasiyaların ödənilməsi vəziyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti