...

Natiq Rəsulzadə: Azərbaycanda namuslu və vicdanlı insanlar korrupsiya ilə mübarizəyə qoşulmalıdır

Cəmiyyət Materials 13 Fevral 2013 17:38 (UTC +04:00)
Azərbaycanda öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən məmurlardan asılı olan və onların qanunsuz tələblərini yerinə yetirməyə məcbur olan çoxlu istedadlı iş adamları var və buna görə də Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı xəbərdarlığı vaxtında edilib və harınlamış məmurların ipini çəkəcək.
Natiq Rəsulzadə: Azərbaycanda namuslu və vicdanlı insanlar korrupsiya ilə mübarizəyə qoşulmalıdır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir V.İmanov/

Azərbaycanda öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən məmurlardan asılı olan və onların qanunsuz tələblərini yerinə yetirməyə məcbur olan çoxlu istedadlı iş adamları var və buna görə də Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı xəbərdarlığı vaxtında edilib və harınlamış məmurların ipini çəkəcək.

Bu barədə çərşənbə günü Trend-ə yazıçı və dramaturq, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Şöhrət" ordenli Natiq Rəsulzadə bildirib.

"Bu, çox aktual, çox vaxtında atılmış addımdır. Məmur özbaşınalığının qarşısını birdəfəlik kəsmək lazımdır ki, onlar ölkədə qanunun, Cinayət Məcəlləsinin olduğunu bilsinlər", - Rəsulzadə deyib.

Dövlət başçısı öz çıxışında habelə korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsini də tapşırıb.

Rəsulzadənin sözlərinə görə, əgər korrupsiyanın qarşısı alınmazsa, onda rüşvətxorluq nəhəng, qlobal miqyas alacaq.

Yazıçı bildirib ki, belə hüquqazidd əməllər törədən adamlar cəzalandırılmalıdır.

"Dövlət başçısı onlara xəbərdarlıq edəndə, bu, yaxşı nəticələr verir. Rüşvətxorluq və korrupsiyanın kökünü kəsmək çox çətindir [...] Lakin vaxtaşırı belə profilaktik tədbirlərin görülməsi vacibdir. Korrupsiya və rüşvətxorluqla mübarizə aparmaq lazımdır, ölkədəki bütün namuslu və vicdanlı insanlar bu mübarizəyə qoşulmalı və Prezidentə kömək etməlidirlər", - yazıçı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti