...

Azərbaycanda yeni markalı benzinin istehsalına başlanılacaq

Cəmiyyət Materials 1 Mart 2013 13:15 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 059-2001 "Etilsiz avtomobil benzinləri" dövlət standartına dəyişiklik edib. Komitədən cümə günü Trend-ə verilən məlumata görə, standarta edilən dəyişiklik bu il aprelin 1-dən tətbiq ediləcək.
Azərbaycanda  yeni markalı benzinin istehsalına başlanılacaq

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 059-2001 "Etilsiz avtomobil benzinləri" dövlət standartına dəyişiklik edib. Komitədən cümə günü Trend-ə verilən məlumata görə, standarta edilən dəyişiklik bu il aprelin 1-dən tətbiq ediləcək.

Dəyişikliyə əsasən, standartın adı yeni redaksiyada - "Avtomobil benzinləri. Texniki şərtlər" kimi ifadə edilib. Həmçinin standartın "Markalar üçün norma" bəndinə "A-98 markası" əlavə edilib. Standarta A-98 markalı benzinin detonasiya davamlılığı, sıxlığı, fraksiya tərkibi, doymuş buxarın təzyiqi, turşuluğu, kükürdün kütlə payı və s. göstəricilər üzrə normalar və sınaq üsulları da daxil edilib.

Qeyd edək ki, Azərbaycanda dövlət standartına əsasən üç markada avtomobil benzini - A-80, A-92 və A-95 istehsal edilir. Bu dəyişikliyə əsasən ölkəmizdə daha keyfiyyətli, oktan xarakteristikasını artıran komponentləri olan A-98 markalı benzinin istehsalı da mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti