...

Azərbaycanda əhalinin doğum göstəricisi yüksəlib

Cəmiyyət Materials 6 Mart 2013 11:08 (UTC +04:00)
Azərbaycanda əhalinin doğum göstəricisi yüksəlib.
Azərbaycanda əhalinin doğum göstəricisi yüksəlib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əhalinin doğum göstəricisi yüksəlib.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, son 10 ilin müqayisəsi göstərir ki, ölkədə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 19-a qalxıb. Azərbaycanda ölüm göstəricisi isə 6-dan 5,3-ə düşüb. Əhalinin təbii artımı 7,9-dan 13-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Aparılan islahatlar nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilib və 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb.

Şəkərli diabet xəstələrinin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb, şəkərli diabetdən ölüm göstərici hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərdən ölüm halları hər 100 min nəfərə 62,1-dən 59-a enib.

Hazırda respublikada 2000-dən artıq xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə hemodializ seasnları və müvafiq dərman prepareatları ilə pulsuz təmin edilir.

2003-cü ildə respublikada körpə ölümü göstərici 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə mqqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.

Vərəmdən ölüm göstəricisi hər 100 min nəfərə 2003-cü ildə 10,1-dən 2012-ci ildə 4-ə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti