...

Azərbaycanda əhalinin gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması üçün layihə həyata keçirilir

Cəmiyyət Materials 9 Aprel 2013 12:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə "Qaranlıqda görün" şuarı altında "İşıqlı həyat" adlı sosial yönümlü layihə həyata keçirilir.
Azərbaycanda əhalinin gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması üçün layihə həyata keçirilir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Azərbaycanda ilk dəfə "Qaranlıqda görün" şuarı altında "İşıqlı həyat" adlı sosial yönümlü layihə həyata keçirilir.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycan əhalisinin xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması, respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır.

Layihəyə qoşulan hər kəs xüsusi hazırlanmış işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.

Artıq ilkin olaraq, aprelin 5-də işıq qaytarıcılarının sınağı keçirilib. Layihə çərçivəsində növbəti mərhələdə məktəblilərin iştirakı ilə aprelin 10-da 18 nömrəli məktəbdə (Yasamal rayonu İslam Səfərli kuç 1.) ilk təlim keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti