...

QHT-lər "Elm haqqında" qanun layihəsini müzakirə ediblər

Cəmiyyət Materials 25 Aprel 2013 15:26 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında cümə axşamı "Elm haqqında" qanun layihəsinin müzakirəsi keçirilib.
QHT-lər "Elm haqqında" qanun layihəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında cümə axşamı "Elm haqqında" qanun layihəsinin müzakirəsi keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müzakirələrdə elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbəri iştirak edib.

Şura sədri Azay Quliyev ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılmazdan öncə QHT-lərin müzakirəsinə verilməsini müsbət praktika kimi dəyərləndirərək təşkilat rəhbərlərindən ciddi rəy və təkliflər gözlədiyini bildirib.

Müzakirələrdə çıxış edən QHT rəhbərləri qanun layihəsi ilə bağlı öz fikirlərini bildirərək, əlavə təkliflərini səsləndiriblər.

Müzakirələr çox geniş diskussiyaya səbəb olduğundan bütün təklif və düzəlişlərin ümumiləşdirilməsi və bir daha müzakirədən keçirilməsi üçün 7 nəfərdən ibarət redaksiya komissiyası yaradılıb.

Komissiyaya qanun layihəsinə rəy və təklifləri bir həftə ərzində toplayıb ümumiləşdirmək və Şura rəhbərliyinə təqdim etmək tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti