Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir A.Tağıyeva/
Aprelin 26-da İstanbul təhlükəsizlik qüvvələri adı açıqlanmayan narkobaronu saxlayıblar. Bu barədə Trend şənbə günü "Sabah" qəzetinə istinadən məlumat verir.
Həmin şəxs Türkiyə polisi tərəfindən 13 il ərzində axtarılıb. Onun saxlanılması üzrə əməliyyatda polisin narkotiklərlə mübarizə üzrə şöbəsinin xüsusi dəstəsi iştirak edib.
Əməliyyata bir neçə vertolyot da cəlb edilib. Saxlanılan şəxs dindirildikdən sonra məhkəməyə təhvil veriləcək.