...

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərininin I Forumunda 500-dən çox qonaq iştirak edəcək

Cəmiyyət Materials 29 Aprel 2013 12:26 (UTC +04:00)
İyunun 21-də Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərininin I Forumu keçiriləcək. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm Trend-ə bildirib ki, forumda Şuranın üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq diaspor qurumlarının rəhbərləri iştirak edəcəklər.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərininin I Forumunda 500-dən çox qonaq iştirak edəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

İyunun 21-də Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərininin I Forumu keçiriləcək. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin rəhbəri Elşad Miraləm Trend-ə bildirib ki, forumda Şuranın üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq diaspor qurumlarının rəhbərləri iştirak edəcəklər.

Forumun işində iştirak etmək üçün Bakıya türkdilli ölkələrin xarici ölkələrdəki diaspor təşkilatlarından 500-dən çox qonağın gələcəyi gözlənilir.

Xatırladaq ki, aprelin18-19-da İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası nəzdində diaspor məsələləri üzrə Təmas qrupunun ilk toplantısı keçirilib. Toplantıda "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" layihəsi geniş müzakirə olunub.

Mayın 14-də isə müvafiq məsləhətləşmələr əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor məsələlərinə cavabdeh dövlət qurumları rəhbərlərinin Ankarada görüşü keçiriləcək. Həmin görüşdə "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" layihəsi dörd ölkənin müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti