...

Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 6 İyun 2013 10:22 (UTC +04:00)
Bakıda Pirallahıya avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılıb.
Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda Pirallahıya gedən avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işlərinə başlanılıb.

Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun ümumi uzunluğu 21,7 kilometr təşkil edir. Onun 7 kilometri altı, 14,7 kilometri isə dörd hərəkət zolağından ibarət olacaq. Yolboyu yol qovşaqlarının tikintisi nəzərdə tutulur.

Hazırda yolda torpaq-qazma işləri ilə yanaşı torpaq yatağının hazırlanması işləri gedir. Eyni zamanda 4 kilometr məsafədə asfalt-beton örtüyü vurulur.

Mürsəliyev qeyd edib ki, işlərin təxminən 20-25 faizi tamamlanıb. Ümumilikdə yolda işlərin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti