...

Bakı-Şamaxı-Yevlax yolu bağlana bilər

Cəmiyyət Materials 14 İyun 2013 10:02 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, buna səbəb yolda son günlər baş verən sürüşmələrdir.
Bakı-Şamaxı-Yevlax yolu bağlana bilər

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, buna səbəb yolda son günlər baş verən sürüşmələrdir.

Yolda vəziyyət təhlükəli həddə çatıb. Son vaxtlar intensiv yağan yağıntılar nəticəsində Qobustan-Şamaxı aşırımında 18 sürüşmə zolağı var ki, onlardan artıq 3-ü aktivləşib.

Şamaxı və Qobustan rayonu arasında uçqunlar gündən-günə çoxalır. Adıçəkilən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir. Sürüşməyə intensiv yağan yağışların səbəb olduğu bildirilir. Son zamanlar baş verən yeraltı təkanlar isə sürüşməni daha da intensivləşdirib. Bunun nəticəsində də yollarda çalalar yaranıb ki, bu da həmin yoldan istifadə edən nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Sürüşmə magistral yolun hərəkət istiqamətində olduğundan başlıca olaraq ərazidən keçən avtomobillər üçün ciddi təhlükə yaradır. Hətta bu aşırımda yolun bir hissəsi tamamilə çökdüyündən alternativ yol çəkilib. Ancaq buna baxmayaraq, yollarda aktivlik var və təhlükə qaçılmaz hala gəlib. Yolun 106 kilometrliyində isə daha çox qəzalı vəziyyət yaşanır. Yol bir tərəfdən uçquna məruz qalıb, digər tərəfdən isə ensiz olması hərəkətə mane olur.

Əraziyə nəzarət edən Yol İstismar İdarəsinin mühəndisi Ağaxan Nəcəfov yolları mütəmadi olaraq təmir etdiklərini bildirib. Baş mühəndis qeyd edib ki, yaxın günlərdə yoldakı mövcud problemin həlli üçün işlərə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti