...

Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın tikintisi davam edir (FOTO)

Cəmiyyət Materials 12 İyul 2013 12:13 (UTC +04:00)
Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın tikintisi ilə əlaqədar torpaq işlərinin ümumilikdə 94 faixi, ikiqat asfalt örtüyün salınmasının isə 60 faizi yerinə yetirilib.
Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın tikintisi davam edir (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın tikintisi ilə əlaqədar torpaq işlərinin ümumilikdə 94 faixi, ikiqat asfalt örtüyün salınmasının isə 60 faizi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu layihə Bakıdan Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçir.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 120-ci km-dən başlamaqla ümumi uzunluğu 80 km təşkil edir.

Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqlərindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur.

Tikinti işlərində Avropa istehsalı olan və lazer nəzarət cihazları ilə təhciz olunan asfalt döşəyən maşından istifadə olunur ki, bu da asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində xüsusi rola malikdir.

Tikintisinə 2011-ci ildə başlanılan layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti