...

Yerevan meri nəqliyyatda gediş haqqının artırılmasına dair qərarı ləğv edib

Cəmiyyət Materials 26 İyul 2013 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Yerevan meri Taron Markaryan ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılmasına dair qərarın ləğv edildiyini bəyan edib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Yerevanda nəqliyyatda qiymətlərin 100-dən 150 dramadək artırılması paytaxtda etiraz dalğasına səbəb olub.

Mer məsələ ilə bağlı xüsusi komissiyanın yaradılacağını və bir neçə ay ərzində nəqliyyatda gediş haqqı ilə bağlı yeni təkliflər hazırlayacağını bəyan edib.

Onun sözlərinə görə, yeni təkliflərdə pensiyaçılar, tələbələr və əhalinin təmin edilməmiş təbəqəsinin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsi yer almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti