Gürcüstan, Tbilisi, 19 oktyabr /Trend, müxbir N.Kirtsxaliya/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bir il müddətində, bu ilin noyabrından başlayaraq Gürcüstan ərazisindəki dini konfessiya obyektlərini təmənnasız təbii qazla təmin edəcək. Bu barədə müvafiq sərəncam şənbə günü imzalanıb.
Sərəncamı ARDNŞ prezidenti Rövnəq Abdullayev və Gürcüstanın Patriarxı Katolikos II İlya imzalayıblar.
Tərəflər sənədin imzalanması ilə bağlı razılıqlarını ifadə ediblər.
Gürcüstan Patriarxı R.Abdullayevə minnətdarlığını bildirib və qeyd edib ki, Gürcüstan və Azərbaycan xalqları çoxdan qardaşlıq və sülh şəraitində yaşayırlar.
Memorandumun imzalanma mərasimində Gürcüstan Baş nazirinin müavini, energetika və təbii ehtiyatlar naziri Kaxi Kaladze iştirak edib.