...

Azərbaycanda sürücülərin intensiv istifadə etdiyi yolun genişləndirilməsi davam edir (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2013 11:01 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45 kilometr hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması hazırda davam etdirilir.
Azərbaycanda sürücülərin intensiv istifadə etdiyi yolun genişləndirilməsi davam edir (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45 kilometr hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması hazırda davam etdirilir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yol boyu 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidi, 34 dairəvi, 8 düzbucaqlı borunun tikiintisi nəzərdə tutulub.

Yolun 10 km hissəsinə 2 qat asfalt-beton örtük döşənib. Hazırda 26 km hissədə torpaq işləri, boruların və heyvan keçidlərinin tikintisi həyata keçirilir.

Tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti